Bakı. Trend:
Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Ağstafa, Qazax, Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Ağdam,
Kəlbəcər, Yevlax, Zərdab, Göyçay, Qusar, Balakən, Zaqatala, Şəki,
Qax, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Neftçala, Goranboy,
Daşkəsən, Naftalanda isə narıncı xəbərdarlığa uyğun olaraq
şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək
güclənəcək.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər rayonlarda sarı
xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti
13.9-20.7 m/san təşkil edəcək.
