Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsi fəaliyyətə başlayıb (FOTO)

İqtisadiyyat Materials 29 May 2026 15:34 (UTC +04:00)
Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsi fəaliyyətə başlayıb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Xankəndi şəhərində iş əlcəkləri istehsalı müəssisəsi fəaliyyətə başlayıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, “GP Safety” MMC-yə məxsus müəssisədə müxtəlif təyinatlı 4 növdə iş əlcəyi istehsal olunacaq.

Müəssisənin illik istehsal gücünün 25 milyon cüt əlcək olduğu bildirilib. Məhsullar ilkin mərhələdə daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək. Gələcəkdə isə istehsal olunan məhsulların Avropa bazarına ixracı planlaşdırılır.

Qeyd olunub ki, müəssisədə 35 nəfər daimi işlə təmin ediləcək. Layihəyə ümumilikdə 3,5 milyon manat investisiya yatırılıb. Dövlət dəstəyi çərçivəsində müəssisənin yaradılması üçün 1 milyon manat güzəştli kredit ayrılıb.

Bundan əlavə, investisiya təşviqi sənədi əsasında idxal edilən texnika və avadanlıqlara görə 238 min manat məbləğində ƏDV güzəşti tətbiq olunub.

Müəssisənin fəaliyyətə başlamasının Xankəndidə yüngül sənaye sahəsinin inkişafına, yeni iş yerlərinin yaradılmasına və bölgənin iqtisadi potensialının güclənməsinə töhfə verəcəyi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti