İran ABŞ-nin atəşkəsi pozmasını qınayır – Bəqai

Dünya xəbərləri Materials 28 May 2026 11:57 (UTC +04:00)
İran ABŞ-nin atəşkəsi pozmasını qınayır – Bəqai
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran ABŞ-nin bu gün səhər saatlarında İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Bəndər-Abbas rayonunda bölgələri atəşə tutmasını kəskin şəkildə qınayır.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın ərazi bütövlüyü və suverenliyinə qarşı hücumlar BMT nizamnaməsi və beynəlxalq hüququnun açıq-aşkar şəkildə pozulması hesab olunur və BMT Təhlükəsizlik Şurası bununla bağlı öz qanuni məsuliyyətini yerinə yetirməlidir.

Bəqai bildirib ki, İran və ABŞ arasında atəşkəs razılaşması qüvvəyə mindikdən sonra son günlərdə ABŞ tərəfindən Fars körfəzi, İranın cənubundakı beynəlxalq sularda ticarət gəmilərinə hücumlar olunub. Iran ərazi bütövlüyü və suverenliyini qorumaq istiqamətində bütün lazımi tədbirləri görəcək.

XİN rəsmisi ABŞ rəsmilərinin İran və bəzi region ölkələrinə qarşı hədə xarakterli açıqlamalarını pisləyib və İranın dost Omanla həmrəy olduğunu ifadə edib.

“Regionda sülh və sabitlik qarşısında həmişə konstruktiv, effektiv və məsuliyyətli addım atan və diplomatik proseslərdə vasitəçi kimi mütəmadi illərdə çalışan BMT-yə üzv ölkəni məhv etməklə hədələmək beynəlxalq prinsipləri açıq-aşkar pozmaqdır”, - deyə o bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında ABŞ Silahlı Qüvvələrinin İranda hərbi obyektə aviazərbə endirdiyi, İrana məxsus bir neçə PUA-nı ələ keçirdiyi, İranın da ABŞ-yə məxsus aviabazaya zərbə endirdiyi bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti