Bakı. Trend:
Bu ilin mayın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən ev təsərrüfatarına qoyulmuş kreditlərin həcmi 19,683 milyard manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 321,3 milyon manat və ya 1,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,1 milyard manat və ya 12% çoxdur.
Qeyd edək ki, ümumilikdə bu ilin mayın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 33,246 milyard manat təşkil edib.
Bu da aylıq müqayisədə 314 milyon manat və ya 0,9%, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,8 milyard manat və ya 9,4% artım deməkdir.
