Bakı.Trend:
Salyanda çətənə kolları yetişdirən şəxs saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Bağırov saxlanılıb.
Onun yaşadığı ünvana və həyətyanı sahəyə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq göstərilərək yetişdirilmiş, ümumi çəkisi 27 kiloqram olan 101 ədəd çətənə kolu aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Orxan Bağırov barəsində həbs qətimkan tədbiri seçilib.
