Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatı Afrikada ebola virusu yayıldığını təsdiqləyib.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ÜST Konqovə Uqandada Ebola epidemiyasının yayıldığını artıq təsdiqləyib. Epidemiyaya səbəb virusun "Bundibugyo" növüdür və hazırda bu ştama qarşı lisenziyalı peyvənd və ya spesifik müalicə mövcud deyil.
Səhiyyə qurumlarının bildirdiyinə görə, vəziyyət xüsusilə humanitar böhran, ucqar və sıx məskunlaşmış bölgələr, təhlükəsizlik problemləri və yüksək əhali hərəkətliliyi səbəbindən mürəkkəb olaraq qiymətləndirilir. Bu faktorlar virusun yayılma riskini artırır.
ÜST hər iki ölkənin hökumətlərinə dəstəyi gücləndirib. Nəzarət tədbirləri, təmasların izlənməsi, klinik hazırlıq, tibbi təchizatın çatdırılması, sərhədyanı koordinasiya və icmaların prosesə cəlb olunması istiqamətində işlər genişləndirilir.
ÜST ekspert qrupları potensial peyvənd və müalicə vasitələrini qiymətləndirmək üçün ayrıca məsləhət platformaları yaradıb. Qurumun məlumatına görə, bütün müalicə vasitələri yalnız ciddi klinik sınaqlar çərçivəsində, təhlükəsiz və etik qaydalara uyğun şəkildə istifadə oluna bilər.
Hazırda "Bundibugyo Ebola" virus xəstəliyinə qarşı təsdiqlənmiş peyvənd və ya xüsusi terapevtik müalicə yoxdur. Səhiyyə rəsmiləri bildirirlər ki, epidemiyanın nəzarət altına alınmasında əsas rol icmaların aktiv iştirakı və profilaktik qaydalara əməl edilməsidir.
