Tələbə adı qazanmış məhkumların sayı açıqlandı

Cəmiyyət Materials 29 May 2026 11:52 (UTC +04:00)
Tələbə adı qazanmış məhkumların sayı açıqlandı
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda 18 cəzaçəkmə müəssisəsinin nəzdində 8 peşə məktəbi fəaliyyət göstərir.

Trend xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.

Məlumata görə, 2025-2026-cı tədris ili üzrə tələbə qəbulu zamanı 1340 plan yerinə 1254 nəfər məhkum qəbul olunub.

Qeyd edək ki, bu sahədə sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Həmin sənəd çərçivəsində peşə məktəblərinin infrastrukturunun yenilənməsi, pedaqoji heyətin gücləndirilməsi, məhkumların əmək bazarına inteqrasiyasını dəstəkləyən informasiya sisteminin yaradılması, habelə sahibkarlarla əməkdaşlıq mexanizmlərinin formalaşdırılması nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti