Bakı. Trend:
Ötən il aliment ödəməkdən imtina ilə bağlı inzibati qaydada həbs olunanların sayı açıqlanıb.
Trend xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.
Məlumata görə, 2025-ci ildə aliment ödəməkdən yayınan 4299 borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
Onlardan 3083 (2024-cü ildə 2987) protokol üzrə məhkəmələr tərəfindən müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub, 2344 (2024-cü ildə 2318) nəfər inzibati qaydada həbs olunub.
Qeyd edək ki, 2024-cü ildə 4131 borclu barəsində aliment ödəməkdən yayındığı üçün inzibati xəta protokolu tərtib edilib.
