Teylor Sviftin konsertində terakt törətməyi planlaşdıran şəxsə hökm oxundu

Dünya xəbərləri Materials 29 May 2026 14:43 (UTC +04:00)
Teylor Sviftin konsertində terakt törətməyi planlaşdıran şəxsə hökm oxundu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avstriyanın Vyana-Neystadt şəhər məhkəməsi Vyanada ABŞ pop ulduzu Teylor Sviftin konsertində terror aktı törətməyi planlaşdıran 21 yaşlı Avstriya vətəndaşı Beren A.-nı 15 il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə Trend xarici mediaya istinadən xəbər verir.

İttiham aktına görə, o, Vyananın Ernst Happel stadionunda keçiriləcək konsertə gələn tamaşaçılara hücum cəhdi ilə yanaşı, İŞİD terror qruplaşmasının yerli şəbəkəsini yaratmaqda və qəsdən adam öldürmə planında da təqsirli bilinib.

Məhkəmə prosesi zamanı Beren A. 2023-cü ildə qoşulduğu İŞİD-dən necə göstərişlər aldığını və partlayıcı qurğu hazırlamaq üçün etdiyi uğursuz cəhdləri etiraf edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti