Bakı.Trend:
Qazaxıstan və Çin avtomobil daşımaları üçün icazələrin limitsiz mübadiləsinə keçəcək.
Bu barədə Trend
Qazaxıstan mediasına istinadən xəbər verir.
Pekində Çin-Qazaxıstan Beynəlxalq Avtomobil Daşımaları üzrə Birgə
Komitəsinin iclası keçirilib və tərəflər nəqliyyat əməkdaşlığının
inkişafını müzakirə ediblər.
Görüş iştirakçıları marşrut şəbəkəsinin genişləndirilməsi, infrastrukturun inkişafı və daşıyıcılar üçün icazələrin verilməsi sisteminin sadələşdirilməsi məsələlərini nəzərdən keçiriblər.
Danışıqların yekununda Qazaxıstan və Çin ilin sonunadək kvotalar tətbiq olunmadan avtomobil daşımaları üçün icazələrin limitsiz mübadiləsinə keçmək barədə razılığa gəliblər.
Bundan əlavə, tərəflər “Nur Jolu” sərhəd-keçid məntəqəsinin buraxılış qabiliyyətinin artırılmasını və ödənişli yollarda ödənişlərin "WeChat Pay" sistemi vasitəsilə həyata keçirilməsi imkanını müzakirə ediblər.
