"Qəbələ" Premyer Liqada qalıb

İdman Materials 29 May 2026 00:01 (UTC +04:00)
"Qəbələ" Premyer Liqada qalıb

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış etmək uğrunda pley-off matçı keçirilib.

Trend-in məlumatına görə, həlledici görüşdə "Qəbələ" və "Mingəçevir" komandaları üz-üzə gəlib.

Sumqayıtdakı "SOCAR Polymer Arena"da reallaşan matç "Qəbələ"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, "qırmızı-qaralar" Premyer Liqada qalıb.

"Mingəçevir" isə növbəti ildə də I Liqada mübarizə aparacaq.

Xatırladaq ki, başa çatan mövsümdə "Qəbələ" Premyer Liqada 11-ci yeri, "Mingəçevir" isə I Liqada 2-ci pilləni tutmuşdu.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti