Aleksandr Stubb Prezident İlham Əliyevə məktub ünvanlayıb

Siyasət Materials 28 May 2026 12:33 (UTC +04:00)
Aleksandr Stubb Prezident İlham Əliyevə məktub ünvanlayıb
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Trend xəbər verir ki, məktubda qeyd olunub:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Sizə və xalqınıza Finlandiya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Konstruktiv əməkdaşlığımızı, Avropa və qlobal təhlükəsizlik məsələləri ilə bağlı substansiv dialoqumuzu davam etdirməyə ümidvar olduğumu bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Xəbər lenti

Xəbər lenti