Azərbaycanda qeyri-həyat sığortası ödənişləri artıb

İqtisadiyyat Materials 27 May 2026 12:48 (UTC +04:00)
Azərbaycanda qeyri-həyat sığortası ödənişləri artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 238,681 milyon manat sığorta haqqı toplanılıb.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 milyon manat və ya 4,7% azdır.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə ötən ilin eyni dövrü ilə müqayisədə 14,3 milyon manat və yaxud 17,3% artaraq 97,332 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar-aprel aylarında qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,8 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 610,216 milyon manat məbləğində sığorta haqqı toplanıb. Bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 21,7 milyon manat və ya 3,7% çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 304,353 milyon manat təşkil edib.

Məlumata əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 73 milyon manat və ya 31,6% çoxdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti