Bakı. Trend:
ABŞ Cənub Komandanlığının göstərişi ilə fəaliyyət göstərən “Cənubi Nizə” əməliyyat qrupu terror təşkilatı ilə əlaqəli olduğu ehtimal edilən gəmini məhv edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Cənub Komandanlığı xəbər verib.
Məlumata əsasən, kəşfiyyat məlumatları gəminin Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı üçün istifadə olunan marşrutlarla hərəkət etdiyini və qeyri-qanuni narkotik daşımalarında iştirak etdiyini müəyyən edib.
Əməliyyat nəticəsində bir nəfər həlak olub, iki nəfər isə xilas edilib. Qeyd olunub ki, əməliyyat zamanı ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.