Astarada əməliyyat: külli miqdarda narkotik aşkarlandı (VİDEO)

Hadisə Materials 27 May 2026 15:40 (UTC +04:00)
Astarada əməliyyat: külli miqdarda narkotik aşkarlandı (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Astara rayonunda qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik vasitə gətirməyə cəhd edən şəxslər ifşa olunublar.

Trend bu barədə Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

Belə ki, əvvəllər məhkum olunmuş 38 yaşlı Tural Bəkirov və 53 yaşlı Mehman Abdurahmanov saxlanılıblar. Onlardan tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 45 kiloqram marixuana, eləcə də 650 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti