Bakı. Trend:
İsveçrə Konfederasiyasının Prezidenti Gi Parmelin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
"İsveçrə Federal Şurası və İsveçrə xalqı adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırıram. Həmçinin ölkənizin və xalqınızın xoşbəxt, uğurlu gələcəyi ilə bağlı ən xoş arzularımı bildirirəm.
Azərbaycan və İsveçrə möhkəm ikitərəfli əlaqələrə malikdir. Əminəm ki, Cənubi Qafqazda müsbət dəyişiklikləri nəzərə alaraq, bu əlaqələrimiz qarşıdakı illərdə də konstruktiv şəkildə inkişaf edəcəkdir.
Zati-aliləri, Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
