Azərbaycanın pul bazarı üzrə göstəriciləri açıqlanıb

İqtisadiyyat Materials 26 May 2026 15:38 (UTC +04:00)
Azərbaycanın pul bazarı üzrə göstəriciləri açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin mayın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 50,2 milyard manat təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumatına görə, bu, aylıq müqayisədə 188,7 milyon manat və ya 0,4%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 3 milyard manat və ya 6,3% çoxdur.

Bundan başqa, 2026-cı ilin mayın 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 40,5 milyard manat təşkil edib ki, bu da aylıq göstəriciyə nisbətən 479,9 milyon manat və ya 1,2%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 5 milyard manat və ya 14,2% çoxdur.

Həmçinin hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 31,555 milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 61,7 milyon manat və ya 0,2%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 3,5 milyard manat və ya 12,4% çoxdur.

Eyni zamanda, bu ilin mayın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 18,332 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 30,9 milyon manat və ya 0,2% az, ötən ilin eyni dövrünə nisbətən isə 2,3 milyard manat 14,2% çoxdur.

Pul bazarının parametrləri

Həcmi (milyon manat), 1 may 2026-cı il tarixinə

Həcmi (milyon manat), 1 may 2025-ci il tarixinə

Geniş mənada pul kütləsi (M3 aqreqatı)

50168.1

47207.7

Manatla pul kütləsi (M2 aqreqatı)

40480.4

35438.8

Əməliyyatlar üçün pul kütləsi (M1 aqreqatı)

31555.2

28061.6

Banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı)

18331.9

16046.3

Məqalədə:

Xəbər lenti

Xəbər lenti