Oman sahillərində tankerə hücum olub

Dünya xəbərləri Materials 26 May 2026 17:21 (UTC +04:00)
Oman sahillərində tankerə hücum olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Oman sahillərində tankerə hücum olub, zədələnmə nəticəsində yanacağın bir hissəsi dənizə sızıb.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Gəmiçiliyi Əlaqələndirmə Mərkəzi (UKMTO) məlumat yayıb.

“UKMTO-ya Omanın, Muskat şəhərində 60 dəniz mili şərqdə baş vermiş insidentlə bağlı məlumat daxil olub. Tankerin kapitanı xəbər verib ki, su sərhədi yaxınlığında gəminin sol bortunun arxa hissəsində xaricdən partlayış baş verib”,-deyə məlumatda qeyd olunur.

Ekipaj üzvlərinin və gəminin hazırda təhlükəsizlikdə olduğu bildirilsə də, bunker yanacağın bir hissəsinin dənizə axdığı qeyd olunur.

İnsidentlə bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti