"Anglo Asian Mining" iki illik zərər dövründən sonra mənfəət əldə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2026 11:44 (UTC +04:00)
"Anglo Asian Mining" iki illik zərər dövründən sonra mənfəət əldə edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda mis, qızıl və gümüş istehsalı ilə məşğul olan "Anglo Asian Mining" şirkəti iki illik zərər dövründən sonra 2025-ci ildə yenidən mənfəət əldə edib.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Şirkətdən bildirilib ki, il ərzində istehsalın əhəmiyyətli dərəcədə artması, həmçinin mis və qızıl üzrə əlverişli qiymət konyunkturası 2025-ci ildə maliyyə göstəricilərinin ciddi şəkildə yaxşılaşmasını təmin edib.

“İllik müqayisədə gəlirlər əhəmiyyətli dərəcədə artaraq 123 milyon dollara çatıb, vergidən əvvəl mənfəət isə 26 milyon dollar təşkil edib. Qrup əməliyyat fəaliyyətindən 47 milyon dollar həcmində pul axını formalaşdırıb. İlin sonuna xalis pul mövqeyi 2,6 milyon dollar olub ki, bu da il ərzində yüksək səviyyədə pul vəsaiti generasiyasını əks etdirir”, – deyə "Anglo Asian Mining"dən bildirilib.

Şirkətdən qeyd olunub ki, il ərzində məhsul satışları üzrə hedcinq həyata keçirilməyib və 2025-ci il üzrə qızıl və mis üçün AISC (all-in sustaining cost – tam saxlanma xərcləri) göstəricisi açıqlanmayacaq.

""Gilar" və "Dəmirli" yataqlarında hasilat 2025-ci ilin ortalarında başladığı üçün hesab edirik ki, həmin dövr üzrə xərclərin hesablanması nəzərəçarpan olmayacaq. Qrup 2026-cı ildən etibarən mis və qızıl üzrə AISC göstəricilərini dərc etməyə başlayacaq, bununla bağlı müvafiq istiqamətləndirici göstəricilər artıq təqdim olunub”, – deyə şirkətin məlumatında qeyd edilib.

Həmçinin vurğulanıb ki, 2025-ci ildə “Gədəbəy” və “Dəmirli” yataqlarından əldə olunan gəlirlər Azərbaycan hökuməti ilə hasilatın pay bölgüsü sazişinə uyğun olaraq 12,75 faiz effektiv royalti dərəcəsi ilə vergiyə cəlb olunub. Gözlənilir ki, bu dərəcə ən azı 2026-cı ilin sonunadək “Dəmirli” üçün qüvvədə qalacaq, lakin “Gədəbəy” üzrə 2026-cı ilin sonuna doğru təxminən 18 faizə qədər arta bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti