Netanyahu xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 26 May 2026 10:05 (UTC +04:00)
Netanyahu xəstəxanaya yerləşdirilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İsrail Baş naziri Binyamin Netanyahu xəstəxanaya yerləşdirilib.

Trend xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

İsrailli hökümət başçısı ötən axşam Haddasah Ayn Kerem Tibb Mərkəzinə aparılıb. Onun ofisi faktı təsdiqləsə də bunun stomotoloji müalicə ilə əlaqədar olduğunu bildirib.

Baş nazirin ofisi yerli mətbuatda məlumatların yayılmasından sonra müvafiq bəyanatı verməli olub.

76 yaşlı Baş nazirin səhhəti ictimaiyyətdən tibbi məlumatların gizlədilməsi ilə bağlı tənqidlərə səbəb olan bir sıra hadisələrdən sonra əsas diqqət mövzusuna çevrilib. Bu hadisələr İsraildə bir çox şəxslər arasında baş nazirin ümumi sağlamlıq vəziyyəti ilə bağlı geniş müzakirələrə yol açıb.

Ötən ay Netanyahu sosial şəbəkədə paylaşdığı geniş açıqlamada yaxın zamanda Hadassah Ayn Kerem Tibb Mərkəzində prostat vəzisində aşkarlanmış bədxassəli şişlə bağlı uğurlu radiasiya terapiyasından keçdiyini açıqlamışdı.. O, məlumatı ictimaiyyətdən gizlətməsini İranın son müharibə fonunda bu məlumatdan İsrailə qarşı təbliğat məqsədilə istifadə edə biləcəyi ilə əsaslandmışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti