Azərbaycanda sığorta şirkətlərinin azı 50 faizinin açıq sığorta modeli tətbiq ediləcək

İqtisadiyyat Materials 26 May 2026 18:58 (UTC +04:00)
Azərbaycanda sığorta şirkətlərinin azı 50 faizinin açıq sığorta modeli tətbiq ediləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2030-cu ilədək Azərbaycanda açıq sığorta modelinin tətbiqi istiqamətində hazırlıq işləri həyata keçiriləcək və bu sahədə hüquqi baza formalaşdırılacaq.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Dövlət Proqramına əsasən, açıq sığorta modelinin tətbiqi üzrə tədbirlərin icrası 2027–2029-cu illərdə nəzərdə tutulur. Layihənin həyata keçirilməsi zamanı Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) da prosesə cəlb olunması planlaşdırılır.

Sənəddə qeyd olunur ki, ilkin mərhələdə maliyyə institutlarının modelin tətbiqinə hazırlıq səviyyəsi qiymətləndiriləcək. Növbəti mərhələdə isə açıq sığorta modelinin tətbiqi üçün zəruri hüquqi bazanın formalaşdırılması təmin ediləcək.

Dövlət Proqramında tədbirin əsas icraçısı qismində Azərbaycan Mərkəzi Bankı (AMB) göstərilib.

Gözlənilən yekun nəticələrə görə, proqram çərçivəsində ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin azı 50 faizinin açıq sığorta modelini tətbiq etməsi hədəflənir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti