Mina qurbanları məhsul satışından gəlir əldə etməyə başlayıblar - Hafiz Səfixanov

Cəmiyyət Materials 26 May 2026 12:18 (UTC +04:00)
Mina qurbanları məhsul satışından gəlir əldə etməyə başlayıblar - Hafiz Səfixanov
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

“Mina qurbanları üçün iqtisadi imkanların yaradılması – Faza 3” layihəsi çərçivəsində dəstəklənən bəzi benefisiarlar artıq istehsal etdikləri məhsulları sataraq gəlir əldə etməyə başlayıblar.

Trend xəbər verir ki, bu barədə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov layihənin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

“Koreya Hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə mina qurbanlarının sosial-iqtisadi inteqrasiyasına, məşğulluq imkanlarının artırılmasına və kiçik sahibkarlığın inkişafına dəstək məqsədi daşıyıb.

Layihənin bütün benefisiarları mina partlayışlarından zərər çəkmiş şəxslərdir. Aparılan monitorinqlər onların biznes fəaliyyətlərini uğurla davam etdirdiyini göstərib və bəzi iştirakçılar artıq məhsul satışından maliyyə gəliri əldə edirlər”.

O bildirib ki, layihədən faydalanan mina qurbanlarının 56 nəfər ailə üzvü də bu layihənin birbaşa benefisiarı qəbul olunur:

“Mina qurbanları üçün alınmış ləvazimatları satan 27 nəfər də sözügedən layihədən faydalananlardır.

Layihə benefisiarlarının hamısı mina partlayışlarına məruz qalmış mülkü şəxslərdir. Layihənin birbaşa benefisiarlarından üçü şəhid ailəsi üzvüdür, dördü mina təmizləmə əməliyyatları zamanı partlayışa məruz qalanlar, biri isə polis əməkdaşıdır. Onlar 20-64 yaş aralığındadır".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti