Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana 56,602 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Trend-in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 3,278 milyon ABŞ dolları olub.
Gürcüstana elektrik enerjisi ixracı 2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə həcm ifadəsində 348,8 milyon kVt/saat və ya 7,2 dəfə, dəyər ifadəsi ilə isə 19,8 milyon ABŞ dolları, yaxud 7 dəfə azalıb.
Eyni zamanda, 2026-cı ilin ilk rübündə Azərbaycan Gürcüstandan 422 min ABŞ dolları dəyərində, 6,490 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 395 min ABŞ dolları və ya 15,6 dəfə, həcm ifadəsində isə 557 min kVt/saat və ya 15,4 dəfə çoxdur.
2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan ümumilikdə üç ölkəyə - Rusiya, Gürcüstan və İran İslam Respublikasına 5,098 milyon ABŞ dolları dəyərində 96,772 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan elektrik enerjisi ixracı dəyər ifadəsində 19,3 milyon ABŞ dolları və ya 4,8 dəfə, həcm baxımından isə 343,6 milyon kVt/saat və yaxud 4,5 dəfə azalıb.
Bundan başqa, bu ilin ilk üç ayında Azərbaycan sözügedən ölkələrdən 1,354 milyon ABŞ dolları dəyərində 32,472 milyon kVt/saat elektrik enerjisi idxal edib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər baxımından 421 min ABŞ dolları və ya 45,1%, həcm ifadəsində isə 2,4 milyon kVt/saat və ya 8,1% çoxdur.
