İran ABŞ-nin atəşkəsi pozmasını qınayıb

Dünya xəbərləri Materials 26 May 2026 16:03 (UTC +04:00)
İran ABŞ-nin atəşkəsi pozmasını qınayıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Xarici İşlər Nazirliyi BMT Nizamnaməsinə uyğun olaraq 8 aprel atəkəsinin pozulmasını sərt şəkildə qınayır.

Trend-in məlumatına görə, bu, İran Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini tapıb.

Bəyanata əsasən, İrana qarşı hücumlarda bütün məsuliyyət ABŞ tərəfinin üzərinə düşür.

“Heç şübhəsiz İran heç bir hücumu cavabsız qoymur və özünün müdafiəsində heç bir şübhəyə yol vermir”, - deyə bəyanatda qeyd olunub.

Bəyanatda qeyd olunur ki, ötən 48 saat ərzində ABŞ İranın cənubunda Hörmüzqan vilayəti ərazisində atəşkəsi açıq-aşkar şəkildə pozub. Halbuki hazırda Pakistanın vasitəçiliyi ilə diplomatik proseslər davam etməkdədir.

Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti