Azərbaycandan dəniz yolu ilə yük ixracı artıb

İqtisadiyyat Materials 26 May 2026 15:15 (UTC +04:00)
Azərbaycandan dəniz yolu ilə yük ixracı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dəniz nəqliyyatı vasitələri ilə 642,7 milyon ABŞ dolları dəyərində 296,3 min ton yük daşınıb.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 246,1 milyon ABŞ dolları və ya 27,7%, həcm ifadəsində isə 626,1 min ton və ya 3,1 dəfə azdır.

Hesabat dövründə Azərbaycandan dəniz nəqliyyatı ilə 28,3 milyon ABŞ dolları dəyərində təqribən 41 min ton yük ixrac olunub ki, bu, əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 10 milyon ABŞ dolları və ya 55%, həcm ifadəsində isə 6,9 min ton və ya 20,4% çoxdur.

Bu ilin yanvar-aprel aylarında Azərbaycana dəniz nəqliyyatı ilə 614,4 milyon ABŞ dolları dəyərində 255,3 min ton yük idxal olunub ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 256,2 milyon ABŞ dolları və ya 29,4%, həcm ifadəsində isə 633 min ton və ya 3,5 dəfə azdır.

Qeyd edək ki, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda yük nəqliyyat vasitələri ilə ümumilikdə 17,403 milyard ABŞ dolları dəyərində 18,720 milyon ton yük daşınıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 485,7 milyon ABŞ dolları və ya 2,9% çox, həcm baxımından isə 862,2 min ton və ya 4,4% azdır.

Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan ümumilikdə 11,879 milyard ABŞ dolları dəyərində 15,726 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 3,1 milyard ABŞ dolları və ya 35,2% artım, həcm ifadəsində isə 73,6 milyon ton və ya 0,5% azalma deməkdir.

Eyni zamanda bu ilin yanvar-aprel aylarında yüklərin daşınma vasitələri üzrə Azərbaycana ümumilikdə 5,525 milyard ABŞ dolları dəyərində 2,995 milyon ton yük idxal edilib. Bu isə 2025-ci ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 2,6 milyard ABŞ dolları və ya 32,1%, həcm baxımıdan isə 788,6 min ton və ya 20,8% azdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti