Bakı. Trend:
Bakı, Sumqayıt, Şəki və Şirvan Apellyasiya Məhkəmələrinə yeni hakimlər təyin edilib.
Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında müvafiq qərarlar qəbul edilib.
Qərara əsasən, aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər:
- Abdullayev Elşən Uğur oğlu
- Əliyeva Aytən Heydər qızı
- Hüseynov Elməddin Mirpaşa oğlu
- Hüseynov Telman Qulaməli oğlu
- İsmayılzadə Fərid Sabir oğlu
- Qafarova Rəna Nazim qızı
- Nuriyev Elnur Aləm oğlu
Bilal Mahir oğlu Məmmədov vəzifəsi dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.
Əsgərov Anar Əlifağa oğlu və Mustafayev Etibar Mustafa oğlu vəzifələri dəyişdirilərək Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər.
Ağabəyov Nicat Rauf oğlu və Hacızadə Fəxri Hümmət oğlu vəzifələri dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər.
Sadıqov Vahid Nəriman oğlu vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.
Nural Turab oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.
