Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb

Energetika Materials 26 May 2026 15:34 (UTC +04:00)
Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana 95,7 milyon ABŞ dolları dəyərində 791 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib.

Trend bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.traflı

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 2,5 milyon dollar və ya 2,7%, həcminə görə isə 82,2 min kubmetr və ya 11,6% artıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan 8 ölkəyə 1,883 milyard ABŞ dolları dəyərində 6,257 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 322,4 milyon ABŞ dolları və ya 14,6% az, həcm baxımından isə 357,9 milyon kubmetr və ya 6,1% çoxdur.

Bundan başqa, 2026-cı ilin ilk rübündə Azərbaycan cəmisi bir ölkədən – İran İslam Respublikasından 9,041 milyon ABŞ dolları dəyərində 134,3 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana xaricdən təbii qaz idxalı dəyər ifadəsində 13,4 milyon ABŞ dolları və ya 2,5 dəfə, həcm baxımından isə 11,3 milyon kubmetr və ya 7,8% azalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti