"Sea Breeze" uzunmüddətli sahilyanı inkişaf layihəsi kimi nəzərdən keçirilir - Emin Ağalarov

Cəmiyyət Materials 26 May 2026 15:21 (UTC +04:00)
"Sea Breeze" uzunmüddətli sahilyanı inkişaf layihəsi kimi nəzərdən keçirilir - Emin Ağalarov
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

"Sea Breeze" layihəsi müasir kurort və şəhər mühitinin yaradılmasına yönəlmiş uzunmüddətli təşəbbüs kimi inkişaf etməyə davam edir.

Trend xəbər verir ki, bu barədə "Agalarov Development"in prezidenti və "Sea Breeze" kurort şəhərinin təsisçisi Emin Ağalarov “İnvestisiyaların yeni coğrafiyası” mövzusunda keçirilən sessiyada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan sahillərinin inkişaf potensialı hələ də böyük olaraq qalır və layihənin icrası uzunmüddətli perspektiv üçün nəzərdə tutulub.

E.Ağalarov qeyd edib ki, hazırda layihənin aktiv tikinti mərhələsi davam edir və bu mərhələ ərazinin və infrastrukturun daha da genişləndirilməsini nəzərdə tutur.

O, həmçinin turizm istiqamətinin əhəmiyyətini vurğulayıb və turistlər tərəfindən marağın qorunub saxlanacağına əminliyini ifadə edib

Onun sözlərinə görə, Azərbaycan xidmət səviyyəsi və qonaqpərvərliyi sayəsində cəlbedici istiqamət olaraq qalır.

"Sea Breeze"in təsisçisi layihənin tərəfdaşlarına təşəkkür edib, iri tikinti təşəbbüslərinin həyata keçirilməsində maliyyə institutlarının töhfəsini qeyd edib.

O vurğulayıb ki, "Sea Breeze"in gələcək inkişafı yaşayış, istirahət və investisiya cəlbi imkanlarının ardıcıl şəkildə genişləndirilməsini nəzərdə tutur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti