Azercell əməkdaşlarından ibarət “Azercell Könüllüləri” Qurban bayramı ərəfəsində bir sıra xeyriyyə təşəbbüsləri həyata keçiriblər.
Bu müqəddəs bayram münasibətilə uşaqları təbrik etmək üçün Könüllülər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.
Tədbir çərçivəsində interaktiv oyunlar və müxtəlif müsabiqələr təşkil olunub, həmçinin uşaqlara hədiyyələr təqdim edilib.
Eyni zamanda, bayram ənənəsinə uyğun olaraq Bakı və bölgələrdə
yaşayan bir sıra aztəminatlı ailələrə bayram sovqatı da
çatdırılacaq. Ailələrin siyahısı yerli icra hakimiyyəti orqanları
tərəfindən təqdim olunub.
Qeyd edək ki, 2001-ci ildən fəaliyyət göstərən “Azercell
Könüllüləri” müxtəlif sosial və xeyriyyə təşəbbüsləri vasitəsilə
həssas qruplara dəstək göstərir, cəmiyyətdə sosial həmrəyliyin və
paylaşma dəyərlərinin təşviqinə töhfə verir.