Bolqarıstanda NATO-nun genişmiqyaslı hərbi təlimləri keçiriləcək

Dünya xəbərləri Materials 26 May 2026 03:57 (UTC +04:00)
Bolqarıstanda NATO-nun genişmiqyaslı hərbi təlimləri keçiriləcək

Bakı. Trend:

NATO mayın 26-dan iyunun 13-dək Bolqarıstan ərazisində "Strike back" adlı hərbi təlimlər təşkil edəcək.

Trend xəbər verir ki, bu barədə Bolqarıstanın Müdafiə Nazirliyi açıqlama yayıb.

Məlumata əsasən, təlimlər çərçivəsində Bolqarıstan, Rumıniya, ABŞ və Türkiyənin quru qoşunları ilə yanaşı, NATO-nun çoxmillətli döyüş qrupu da iştirak edəcək. Təlimlər Xaskovo yaxınlığında yerləşən "Koren" hərbi poliqonunda döyüş atışları ilə müşayiət olunan taktiki məşqlər formatında keçiriləcək.

Nazirlikdən bildirilib ki, NATO-ya məxsus hərbi texnikanın hərəkəti hərbi polis tərəfindən müşayiət olunacaq.

Xəbər lenti

Xəbər lenti