"Azercell"dən "HONOR" smartfonlarına xüsusi kampaniya

Telekommunikasiya Materials 25 May 2026 12:31 (UTC +04:00)
"Azercell"dən "HONOR" smartfonlarına xüsusi kampaniya

Bakı. Trend:

"HONOR" smartfonları əldə edən abunəçilərə 12 GB-dək hədiyyə internet

“Azercell Telekom” MMC "HONOR" smartfonları üçün xüsusi kampaniyaya start verir. Kampaniya çərçivəsində "HONOR X" seriyasına aid seçilmiş smartfon modellərindən birini əldə edən abunəçilərə 6 ay müddətində hədiyyə internet təqdim olunacaq. Smartfon modelindən asılı olaraq istifadəçilər hər ay 6 GB və ya 12 GB internet paketi, həmçinin eksklüziv "HONOR" bel çantası əldə edəcəklər.

İnternet paketi 6 ay müddətində ödənişsiz şəkildə təqdim edilir və hər 28 gündən bir avtomatik yenilənir. Kampaniya müddəti başa çatdıqdan sonra isə abunəçilər internet paketindən növbəti 6 ay ərzində 20% endirimlə yararlanmaq imkanı əldə edəcəklər.

Kampaniya Azercell-in rəsmi satış və xidmət mərkəzlərində keçərlidir.

Daha ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/campaigns/special-offers/honor-ile-xususi-kampaniya.html

Xəbər lenti

Xəbər lenti