"Brent" markalı neftin qiyməti 99 dollardan aşağı düşüb

Energetika Materials 25 May 2026 02:53 (UTC +04:00)
"Brent" markalı neftin qiyməti 99 dollardan aşağı düşüb

Bakı. Trend:

Londonun ICE birjasında 2026-cı ilin iyul ayında çatdırılma üçün "Brent" markalı xam neftin fyuçerslərinin qiyməti bu ilin 11 may tarixindən bəri ilk dəfə bir barel üçün 99 dollardan aşağı düşüb.

Trend-in məlumatına görə, bu barədə ticarət platformasından bildirilib.

Saat 02:02-yə olan məlumata əsasən, "Brent" markalı neftin qiyməti 4,58% azalaraq bareli 98,80 dollara düşüb.

Saat 02:21 üçün "Brent" markalı neftin qiyməti enişini sürətləndirərək bareli 98,78 dollara (4,6% azalma) çatıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti