Leyla Əliyeva və Alona Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində təşkil olunan konsert proqramını izləyiblər (FOTO)

Siyasət Materials 25 May 2026 10:16 (UTC +04:00)
Leyla Əliyeva və Alona Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində təşkil olunan konsert proqramını izləyiblər (FOTO)
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təşkil edilib.

Trend xəbər verir ki, konserti Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alona Əliyeva izləyiblər.

Mərkəzin tələbələri müxtəlif vokal ifalar, "Cəngi", "Yallı" və digər rəqs nümunələri ilə çıxış ediblər.

Gənc istedadların təqdim etdiyi bu zəngin proqram uşaqların musiqi və rəqs sənətinə gətirdiyi yeni nəfəsin, bədii yaradıcılığa verdikləri real töhfənin göstəricisidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti