Filippində binanın çökməsi nəticəsində üç nəfər həlak olub

Dünya xəbərləri Materials 25 May 2026 07:12 (UTC +04:00)

Bakı. Trend:

Filippinin Anxeles şəhərində tikilməkdə olan doqquzmərtəbəli binanın üçması nəticəsində üç nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "GMA News" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, daha 18 nəfər itkin düşmüş hesab olunur.

Hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatının davam etdiyini və 26 nəfərin xilas edildiyini bildiriblər.

Bundan əvvəl şəhər administrasiyasının mətbuat katibi Cey Pelayo binanın mayın 24-dən 25-nə keçəçən gecə üçduğunu və 40-a qədər tikinti işçisinin ilişib qaldığını bildirmişdi.

Xəbər lenti

Xəbər lenti