Bakı. Trend:
İranla gələcək müqavilənin layihəsi əsasən razılaşdırılıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Saziş əsasən razılaşdırılıb və Amerika Birləşmiş Ştatları, İran İslam Respublikası və sadalanan digər ölkələr arasında yekun təsdiqə veriləcək", - deyə o bildirib.
O əlavə edib ki, İranla bağlanan razılaşma çərçivəsində Hörmüz boğazından gəmiçilik bərpa olunacaq, digər detallar isə daha sonra açıqlanacaq.
