Bakı. Trend:
2026-cı ilin birinci rübü ərzində ölkədə 23,5 min yeni iş yerləri açılıb.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Statistikaya görə, bu dövrdə yaradılmış iş yerlərinin 92,2 faizi qeyri-dövlət sektorundadır.
Yeni açılmış iş yerlərinin 75,8 faizi Bakı şəhərinin, 1,1 faizi Naxçıvan iqtisadi rayonunun, 23,1 faizi digər regionların, o cümlədən 7,6 faizi Abşeron-Xızı, 2,7 faizi Gəncə-Daşkəsən, 2,1 faizi Quba-Xaçmaz, 1,8 faizi ŞəkiZaqatala, 1,7 faizi Qarabağ, 1,4 faizi Qazax-Tovuz, 1,2 faizi Mərkəzi Aran, 1,1 faizi Şərqi Zəngəzur, 1,1 faizi Şirvan-Salyan, 1,0 faizi Mil-Muğan, 0,8 faizi Lənkəran-Astara və 0,6 faizi Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.
Yeni açılmış iş yerlərinin 18,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 80,8 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda yaradılıb.
