İsrail ordusunun Baş Qərargahı "Hizbullah"a qarşı əməliyyat planlarını təsdiqləyib

Dünya xəbərləri Materials 24 May 2026 21:56 (UTC +04:00)
İsrail ordusunun Baş Qərargahı "Hizbullah"a qarşı əməliyyat planlarını təsdiqləyib

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) Baş Qərargah rəisi general-leytenant Eyal Zamir Livanda "Hizbullah" hərəkatına qarşı hərbi əməliyyatların davam etdirilməsi planlarını təsdiqlədiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər verib.

"Bu gün (24 may) şimalda hərbi əməliyyatların davam etdirilməsi planlarını təsdiqlədim, "Hizbullah"a və bu təşkilatın bütün terrorçu strukturlarına hücumu gücləndirməkdə qərarlıyıq", - deyə o bildirib.

""Hizbullah"a dəyən ziyan sistemli və ardıcıldır. Biz "Hizbullah" terrorçularını və onların İsrailin şimalındakı sakinlərinə və İsrail Müdafiə Qüvvələri üçün təhlükə yaradan hədəflərini vurmağa və məhv etməyə davam edirik", - deyə E. Zamir əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti