Bakı. Trend:
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan 1,061 milyon ABŞ dolları dəyərində 3,793 min ton neft bitumu ixrac olunub.
Trend bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 478,4 min ABŞ dolları və ya 82 faiz çoxdur, həcm baxımından isə 1,566 milyon ton və ya 70 faiz yüksəkdir.
Hesabat dövründə neft bitumunun Azərbaycanın ümumi ixrac həcmindəki payı 0,01 faiz təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon dollar və ya 2,9 faiz çoxdur.
Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 11,9 milyard dollar ixracın, 5,5 milyard dollar isə idxalın payına düşüb. Son bir ildə ixracın həcmi 3,1 milyard dollar (35,2 faiz) artdığı halda, idxalın həcmi 2,6 milyard dollar (32,1 faiz) azalıb.
Nəticədə xarici ticarətdə 6,354 milyard dollar həcmində müsbət saldo formalaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 dəfə və ya 5,7 milyard dollar çoxdur.
