Bütün sosial ödənişlər başa çatdırılıb

Cəmiyyət Materials 23 May 2026 09:52 (UTC +04:00)
Bütün sosial ödənişlər başa çatdırılıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün may ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bununla da Fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.

Bundan əvvəl mayın 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, mayın 20-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin may ayı üzrə pensiyaları ödənilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti