Bakı.Trend:
Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirməyə hazırlayır.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Aİ Şurasının qərarında bildirilib ki, yeni məhdudiyyətlər Hörmüz boğazının blokadaya alınması ilə əlaqədardır.
“Şura əvvəlcə (2023-cü ildə) Rusiyaya hərbi dəstəyə görə tətbiq edilmiş İrana qarşı məhdudlaşdırıcı tədbirlərin əhatə dairəsinin genişləndirilməsi barədə qərar qəbul edib. Yeni sanksiya mexanizmi Yaxın Şərqdə gəmiçilik azadlığına təhlükə yaradan İranın fəaliyyətləri ilə əlaqəli fiziki şəxslərə və təşkilatlara qarşı yönələcək”, — deyə press-relizdə qeyd olunub.
Avropa İttifaqı Şurasının qiymətləndirməsinə görə, “İranın Hörmüz boğazındakı fəaliyyəti beynəlxalq qanunvericiliyə ziddir”. Bununla belə, yeni rejim çərçivəsində hələlik heç bir konkret tədbir tətbiq edilməyib, bu addımlar daha sonra atılacaq. Məhdudiyyətlər ənənəvi olaraq Aİ-yə giriş qadağası və aktivlərin dondurulmasını əhatə edəcək.
