GTA VI-nın çıxış tarixi açıqlanıb

Dünya xəbərləri Materials 22 May 2026 06:52 (UTC +04:00)
GTA VI-nın çıxış tarixi açıqlanıb

Bakı. Trend:

ABŞ-nin "Take-Two" video oyun istehsalçısı "Grand Theft Auto" (GTA) oyun seriyasının altıncı hissəsinin 19 noyabrda çıxacağını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.

Şirkətin baş direktoru Ştraus Zelnikin sözlərinə görə, yeni hissənin reklam kampaniyasına bu yay başlanılacaq.

"Bloomberg" qeyd edib ki, bu açıqlamadan sonra "Take-Two Interactive" şirkətinin səhmləri təxminən 7% artıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti