Kriştiano Ronaldo karyerasının 35-ci titulunu qazandı

İdman Materials 22 May 2026 00:22 (UTC +04:00)
Kriştiano Ronaldo karyerasının 35-ci titulunu qazandı

Bakı. Trend:

Beşqat "Qızıl top" mükafatçısı Kriştiano Ronaldo "Əl-Nəsr" futbol klubunun Səudiyyə Ərəbistanı Premyer Liqasının qalibi olması ilə 35-ci peşəkar titulunu qazanıb.

Trend-in məlumatına görə, K. Ronaldonun ilk titulunu 2002-ci ildə qazanıb. O, "Sportinq"də debüt mövsümündə Portuqaliya Super Kubokunun qalibi olub.

Hücumçu daha sonra "Mançester Yunayted"lə doqquz, "Real Madrid"lə 15 və "Yuventus"la beş titul qazandı.

K. Ronaldo "Əl-Nəsr"ə 2022-ci ilin dekabrında qoşulub və bundan əvvəl klub ilə yalnız 2023-cü ildə Ərəb Çempionlar Kubokunu qazana bilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti