Bakı. Trend:
ABŞ "HAWK" hava hücumundan müdafiə raket sistemlərinin fəaliyyətini dəstəkləmək üçün Ukraynaya potensial olaraq 108,1 milyon dollar dəyərində avadanlıq və xidmət satışını təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə Dövlət Departamentinin saytında yayımlanan açıqlamasında bildirilib.
Bildirilib ki, Ukrayna hakimiyyəti yuxarıda adı çəkilən hava hücumundan müdafiə sistemləri üçün komponentlər və ehtiyat hissələri almaq, onların modernləşdirilməsi və texniki xidmətinə dəstək, eləcə də avadanlıqların təmiri və qaytarılması xidmətlərinin göstərilməsi imkanı istəyib. Ümumi əməliyyatın dəyəri 108,1 milyon dollar olaraq qiymətləndirilir.
Əsas podratçı "Sierra Nevada Corporation" şirkəti olacaq.
