İranla əlaqəli 94 ticarət gəmisi ələ keçirilib

Dünya xəbərləri Materials 21 May 2026 20:54 (UTC +04:00)
İranla əlaqəli 94 ticarət gəmisi ələ keçirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dəniz blokadasının başlanğıcından bəri ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına gedən və ya oradan çıxan 94 İranla əlaqəli ticarət gəmisini ələ keçirib.

Trend xəbər verir ki, bu barədə ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) məlumatında bildirilir.

"21 may tarixinə olan məlumata görə, Mərkəzi Komandanlıq qüvvələri 94 ticarət gəmisini istiqamətləndirib və dördünü sıradan çıxararaq İran limanlarına yük axınının qarşısını almaq üçün blokada tətbiq edib", - deyə açıqlamada bildirilir.

Məlumata görə, İranın dəniz blokadası fasiləsiz tətbiq olunur. Hazırda əməliyyatda 20-dən çox ABŞ hərbi gəmisi, o cümlədən Ərəbistan dənizində patrul xidməti həyata keçirən iki təyyarədaşıyan gəmi, dəniz piyadalarını daşıyan üç böyük amfibiya gəmisi, idarə olunan raket esminesləri və sahil döyüş gəmiləri, eləcə də təxminən 100 qırıcı təyyarə, helikopter və tanker təyyarəsi iştirak edir.

Xəbər lenti

Xəbər lenti