Bakı.Trend:
Suriya iyunun 15-dən 17-dək Fransanın Evian-le-Ben şəhərində keçiriləcək “Böyük yeddilik” (G7) sammitində dəvət olunmuş ölkə qismində iştirak edəcək.
Trend bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, Suriya nümayəndə heyətinə prezident Əhməd əl-Şaraa rəhbərlik edəcək. Bu, Suriyanın G7 tədbirlərində ilk iştirakı olacaq.
Bildirilir ki, dəvət Suriyanın maliyyə naziri Yusra Barniyaya təqdim edilib. O, bu həftənin əvvəlində Parisdə G7-nin maliyyə blokunun danışıqlarında iştirak edib.
