Bakı. Trend:
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının mayın 22-də ödənilməsi nəzərdə tutulub.
Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
“Beləliklə, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq”, - məlumatda qeyd olunub.
