Bakı.Trend:
Son vaxtlar texnologiya və sağlam həyat tərzini birləşdirən kampaniyalar daha çox diqqət çəkir. Artıq insanlar sadəcə idman etmək yox, gündəlik aktivliklərindən əlavə fayda qazanmaq da istəyirlər. Azərbaycanda da bu istiqamətdə maraqlı yeniliklər görünməyə başlayıb.
Azercell-in təqdim etdiyi “GiqaAddım” kampaniyası da bu ideyaya əsaslanır. Kampaniya istifadəçiləri daha çox hərəkət etməyə motivasiya edir və qarşılığında internet bonusları təqdim edir. Yəni gün ərzində atılan addımlar internet paketinə çevrilir.
Kampaniyanın şərtlərinə görə, istifadəçi gün ərzində 10 min addım atdıqda 1 GB internet əldə edir. Əgər bu nəticə 7 gün ardıcıl davam edərsə, 5 GB bonus internet də verilir. Kampaniyadan fakturasız xətt üzrə “DigiMax” və “Premium+”, fakturalı xətt üzrə “SuperSən” və “Premium” tarif istifadəçiləri yararlana bilir.
Müsbət tərəflərindən biri odur ki, bu yanaşma gündəlik gəzintini
daha motivasiyalı edir. Sadə bir vərdiş həm sağlamlıq, həm də
rəqəmsal fayda gətirə bilir.