Bakı. Trend:
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti – "Rosselxoznadzor" 2026-cı il mayın 22-dən Ermənistandan gül məhsullarının idxalına müvəqqəti qadağa tətbiq edəcək.
Bu barədə Trend qurumun yaydığı məlumata istinadən xəbər verir.
Məlumata görə, istixanalarda aparılan yoxlamalar yekunlaşana və əldə olunan nəticələr təhlil edilənədək Ermənistandan Rusiyaya idxal olunan və tranzitlə göndərilən gül məhsullarına məhdudiyyət qüvvədə qalacaq.
Qurum qeyd edib ki, bu addım Rusiyanın fitosanitar
təhlükəsizliyinin təmin olunması və ölkənin ixrac imkanlarının
qorunması məqsədilə atılıb.