Bakı. Trend:
Kanadada mənzil böhranının həlli üçün hər il 480 minədək yeni evin tikilməsinə ehtiyac var.
Trend xəbər verir ki, bu barədə Kanadanın İpoteka və Mənzil Korporasiyasının (CMHC) siyasət məsələləri üzrə vitse-prezidenti Lindi Nili Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində əlçatan mənzillərin maliyyələşdirilməsinə həsr olunmuş biznes dəyirmi masasında bildirib.
O qeyd edib ki, ölkədə mənzil əlçatanlığının bərpası üçün 2035-ci ilədək hər il 430-480 min yeni yaşayış vahidinin inşa olunması zəruridir.
Onun sözlərinə görə, Kanadada əlçatan mənzil çatışmazlığı problemi qalmaqda davam edir və bu çatışmazlığın həcmi təxminən 1 trilyon dollar qiymətləndirilir.
“Mövcud maliyyə resursları bu boşluğu tam şəkildə aradan qaldırmaq üçün kifayət etmir. Buna görə də mənzil sistemi elə qurulmalıdır ki, özəl kapital müxtəlif əlçatanlıq səviyyələrinə malik mənzillərin tikintisində genişmiqyaslı iştirak edə bilsin”, – deyə Lindi Nili əlavə edib.
CMHC nümayəndəsi vurğulayıb ki, özəl investisiyaların cəlb edilməsi üçün bazarda sabit şərait və layihələrin həyata keçirilməsində proqnozlaşdırıla bilənlik vacibdir. Çünki razılaşdırma prosesində gecikmələr, uzun tikinti müddətləri və yüksək rüsumlar layihələrin iqtisadi səmərəliliyinə ciddi təsir göstərə bilər.
Qeyd edək ki, bu gün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) dördüncü günü keçirilib. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forumun bugünkü proqramı urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunub.Dördüncü gün çərçivəsində “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”, “Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı” mövzularında dialoqlar, xüsusi sessiyalar və dəyirmi masalar keçirilib.
Forum iştirakçıları urbanizasiya proseslərinin sosial inklüzivlik, yaşıl iqtisadiyyat və iqlim dayanıqlılığı prinsipləri əsasında inkişaf etdirilməsinin vacibliyini qeyd ediləcək. Sessiyalarda həmçinin şəhərlərin gələcək inkişafında innovativ həllər, təmiz enerji, dayanıqlı nəqliyyat və rəqəmsal texnologiyaların rolu geniş müzakirə olunacaq.WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, yaşıl urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Ahmet Metin Genç imzalayıblar.Memorandum iki şəhər arasında şəhərsalma, mədəniyyət, turizm və yerli idarəetmə sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Forumun ilk iki günü də yüksək səviyyəli tədbirlər və müzakirələrlə müşayiət olunub.İlk gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, nazirlərin dəyirmi masası, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhər rifahı ilə bağlı müzakirələr keçirilib. Eyni zamanda, BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi təşkil olunub.İkinci gün isə ilk dəfə təşkil edilən Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhər dayanıqlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı da baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq baxımından mühüm addım kimi qiymətləndirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
БАКУ/Trend/ - Для решения жилищного кризиса в Канаде требуется до 480 тысяч новых домов ежегодно.
Как сообщает Trend, об этом заявила вице-президент по вопросам политики Канадской ипотечной и жилищной корпорации (CMHC) Линди Нили в ходе делового круглого стола по вопросам финансирования доступного жилья, проходящего в рамках Всемирного форума городов в Баку.
Она заявила, что для восстановления доступности жилья в стране необходимо строительство от 430 000 до 480 000 новых единиц жилья ежегодно до 2035 года.
По её словам, в Канаде сохраняется серьёзный дефицит доступного жилья, который оценивается почти в 1 трлн долларов.
"Существующие финансовые ресурсы недостаточны для полного покрытия этого разрыва, что требует структурирования жилищной системы таким образом, чтобы частный капитал мог масштабно участвовать в строительстве жилья различных уровней доступности", - добавила Линди Нили.
Представитель CMHC подчеркнула, что для привлечения частных инвестиций необходимы стабильные рыночные условия и предсказуемость реализации проектов, поскольку задержки в согласованиях, длительные сроки строительства и высокие сборы могут существенно влиять на экономическую целесообразность проектов.
"Канада использует широкий набор инструментов жилищного финансирования, включая ипотечное страхование, программы секьюритизации и прямое кредитование строительства арендного жилья через программу Apartment Construction Loan Program, объём которой составляет 55 млрд долларов", - сказала она.
Отметим, что сегодня в Баку проходит четвертый день WUF13.
В первый день состоялись министерская встреча, посвященная Новой городской повестке, круглый стол министров, ассамблеи женщин и гражданского общества, бизнес-сессии и обсуждения, связанные с благополучием городов. В рамках форума также прошла церемония поднятия флагов ООН и Азербайджана.
Второй день форума привлек внимание первым в своем роде Саммитом лидеров. В этот день прошли обсуждения высокого уровня, посвященные глобальному жилищному кризису, политике урбанизации и устойчивости городов. Одновременно в рамках WUF13 состоялось открытие павильона Мехико. Павильон был представлен как важная платформа для расширения сотрудничества с регионом Латинской Америки и подготовки к WUF14.
Третий день Всемирного форума городов (WUF13) также запомнился насыщенной программой мероприятий. В этот день состоялись обсуждения, посвященные глобальному жилищному кризису, формированию безопасных и инклюзивных городов, климатической устойчивости, искусственному интеллекту и городскому управлению, зеленой урбанизации, социальному равенству и устойчивому транспорту.
WUF13, на который зарегистрировались более 40 тысяч участников из 182 стран, продлится до 22 мая. Форум, проходящий под девизом "Жилье для всех: безопасные и устойчивые города и населенные пункты", объединяет правительства, международные организации, экспертов и представителей гражданского общества с целью укрепления глобального сотрудничества в области устойчивого развития городов.
