Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsinə başlanılır

Cəmiyyət Materials 20 May 2026 13:17 (UTC +04:00)
Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsinə başlanılır
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

21 maydan etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılacaq.

Bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqə qaydalarına əsasən vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək.

Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiqlənmiş şəhid ailəsi üzvləri 21 may saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi mərhələsi 22 may saat 11:00-dək davam edəcək.

Növbəti mərhələdə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi prosesi həyata keçiriləcək və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə seçim zamanı diqqətli olmaları və seçim tamamlandıqdan sonra elektron ərizələrini təsdiqləməyi unutmamaları tövsiyə olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti